İstifadə qaydaları

Safavy.org platformasının missiyası istifadəçilərin öyrənmələrini təmin etməklə onların həyatını yaxşılaşdırmaq və uyğun resurslarla təmin edərək asanlaşdırmaqdır. Sizin üçün etibarlı online mühit yaratmaq və əhəmiyyətli təhsil məzmununu təqdim etmək üçün öz bazar modelimizi ən səmərəli üsul hesab edirik. Sizin, özümüzün, istifadəçilərimiz və təlimatçı komandamız üçün hazırlanmış olan bu platformanın və xidmətlərimizin təhlükəsizliyinin qorunub saxlanılmasında ,əlbəttə ki, müəyyən qaydalar lazımdır.

Davranış qaydaları

Siz qeyri-qanuni məqsədlər üçün Xidmətlərə giriş əldə edə və ya onları istifadə edə və ya hesab yarada bilməzsiniz. Platformamızdan istifadə etdiyiniz müddətdə davranışınız yerli və ya milli qanunlara uyğun gəlməlidir. Tətbiq olunan qaydalara riayət etməkdə yalnız siz məsuliyyət daşıyırsınız.

Şirkətin bu Şərtləri və bizim Etimad və Təhlükəsizlik Təlimatlarımızı tətbiq etmək hüququ var. Biz istənilən vaxt xəbərdarlıq edərək və ya etməyərək bu Şərtlərin pozulmasına görə, sizin ödənişləri geciktirməyinizə görə, gözlənilməz texniki məsələlərə və ya problemlərə görə, uyğunsuz və qeyri-qanuni əməllərlə məşğul olduğunuzla bağlı məlumat əldə etdiyimizdə sizin platformamıza daxil olmaq, xidmət və istiqamətlərimizdən yararlanma xidmətlərindən məhrum edə və ya dayandıra və ya hesabınıza qadağa qoya bilərik. Bu cür dayandırmadan sonra siz hesabınızla platformaya daxil ola bilməz, xidmətlərdən istifadə edə bilməzsiniz. Hesabınız bu və ya digər səbəbdən ləğv olunduqda, platformaya daxil ola bilmədiyinizdə məzmununuz silindikdə ,bloklanmasına görə sizin və ya digər başqa bir şəxsin qarşısında məsuliyyət daşımırıq.

Hesablar

Platformamızda müxtəlif istiqamətlər üzrə fəaliyyət üçün şəxsi hesabınızı açmağınız zəruridir. Hesab şifrənizi etibarlı yerdə saxlayın və digər şəxslər tərəfindən istifadə edilməsinə yol verməyin. Hesabınızla apardığınız bütün əməliyyatlara görə siz məsuliyyət daşıyırsınız. Şifrənizin digər şəxslər tərəfindən istifadə olunmasından şübhələndikdə, dərhal Dəstək Komandamızla əlaqə saxlayın.

Platformamızda bir çox fəaliyyətlər: qeydiyyatdan keçmək, kursu almaq üçün hesabınız olmalıdır. Hesab yaradarkən şəxsi məlumatlarınızı (ad, soyadı, e-mail adresi ) tam və düzgün daxil etməlisiniz. Hesabınızla bağlantı qurduğunuz andan etibarən şəxsi məlumatlarınız, cihaz bilgiləri. xidmətlərimizin hansı bölməsindən istifadə etdiyiniz, burada keçirdiyiniz zamanla bağlı məlumatlar məlumat sistemimizə daxil eilir. Bu səbəbdən hesabınızla apardığınız bütün əməliyyatlara və ya sizin icazəniz olmadan digər şəxsin hesabınızdan istifadə etməklə apardığı əməliyyatlara, vurduğu zərərə görə siz tam məsuliyyət daşıyırsınız.

Hesabınızın digər şəxs tərəfindən istifadə olunduğunu öyrəndikdə. dərhal Dəstək Komandamızla əlaqə saxlayın. Hesabınızın həqiqi sahibinin siz olduğunu təsdiq etməniz üçün sizdən bəzi məlumatlar tələb oluna bilər.

Ödəmələr

Siz satın aldığınız kurslar üçün ödəniş etməyə razılaşırsınız. Yalnız siz icazə verdiyiniz təqdirdə ödənişlər üçün biz sizin debit və ya kredit kartınızdan ödənişləri tutmağa və ya digər ödəmə vasitələrini emal etməyə başlayırıq. Bütün ödəniş əməliyyatlarınız AZN ( Azərbaycan manatı ) valyutası və ya ekvivalenti üzərindən aparılacaqdır.

Kursu aldığınız zaman yanlış və ya qeyri-qanuni ödəmə üsullarından stifadə etməyəcəyinizə razılaşırsınız. Əgər qeydiyyatdan keçdiyiniz kursa dair ödənişiniz hələ də həyata keçirilməyibsə, siz bizdən bildiriş verildikdən on dörd (14) gün ərzində nəzərdə tutulan ödənişləri ödəməyə razılıq verirsiniz. Əgər müvafiq ödənişlərin ödənilməməsi halı ilə rastlaşılırsa sizin hər hansı kursa girişinizi ləğv etmək hüququmuz var.

Geri ödəmələr

Alıcı satın aldığı hər hansı kursun istifadəsindən dərsə başlamadan imtina etmə hüququna malikdir. Satın alma prosesi sonrası onlayn səhifəsinə daxil oldusa (istifadəçinin qeydiyyat məlumatları ilə müəyyən etmək mümkündür) və kursun yalnız 1-ci bölməsinə baxıbsa, ödənişi geri istəyə bilər. Safavy.org internet portalından onlayn kurs aldığınız zaman müvafiq keyfiyyətə malik kursu, onun alınma tarixindən 14 (on dörd) gün ərzində (Azərbaycan Respublikasının İstehlakçıların Hüquqlarının Müdafiəsi haqqında Qanunu, maddə 7.3) qaytara bilərsiniz. Əgər siz ödənişini tələb etdiyiniz paketin içərisində göstərilən müddət bitibsə və ya kursun 1-ci bölməsindən sonrakı videolara baxılıbsa, geri qaytarma istəyiniz icra olunmayacaq və məbləğ hesabınıza qaytarılmayacaq. Krediti və ya ödənişi tələb etmək üçün support@safavy.org ilə əlaqə saxlaya bilərsiniz. Əgər siz qeyri-qanuni şəkildə kredit və ya geri ödəniş siyasətimizdən sui-istifadə etsəniz biz öz səlahiyyətimiz daxilində hesabınıza qadağa qoyaraq platformaya girişinizi əngəlləyir, xidmətlərimizdən istifadənizi məhdudlaşdırırıq. Əgər sizin hər hansı bir formada Etimad və Təhlükəsizlik Təlimatlarını pozduğunuzu bilsək, siz hər hansı krediti və ya ödənişi ala bilməyəcəksiniz.

Baş vermiş xətaları bildirmək üçün support@safavy.org ilə əlaqə saxlayın.

Əgər siz qeyri-qanuni şəkildə kredit və ya geri ödəniş siyasətimizdən sui-istifadə etsəniz biz öz səlahiyyətimiz daxilində hesabınıza qadağa qoyaraq platformaya girişinizi əngəlləyir, xidmətlərimizdən istifadənizi məhdudlaşdırırıq. Əgər sizin hər hansı bir formada Etimad və Təhlükəsizlik Təlimatlarını pozduğunuzu bilsək, siz hər hansı krediti və ya ödənişi ala bilməyəcəksiniz.

Məxfilik siyasəti

Qeyd olunan məxfilik siyasəti zaman-zaman dəyişdiriləcək və yenilənəcəkdir. Dəyişikliklər edildikdə "Yenidən işlənmiş" olaraq etiketlənəcək və bu səhifədə yenidən yerləşdirildikdən dərhal sonra qüvvəyə minəcək yeni şərtləri yenidən nəzərdən keçirməli olduğunuzu göstərir. Hər hansı bir dəyişiklik edildikdən sonra sayta daxil olaraq dəyişdirilmiş məxfilik siyasətini və orada olan dəyişiklikləri qəbul edirsiniz.

Toplanan məlumatlar

Hesab məlumatları ( Məlum istiqamətlərdən istifadə etmək üçün şəxsi hesab yaradılmalıdır. Hesab yaradıldıqdan sonra istifadəçi adı, soyadı, şifrə, e-mail adres, kimi zəruri məlumatlar qorunub saxlanılır.

Kurs məlumatları ( Kurslardan qeydiyyatdan keçdiyiniz təqdirdə və qatıldığınız andan etibarən, hansı kurslara, tapşırıqlara başladığınız, hansıları tamamladığınız, təlimçilərlə, digər iştirakçılarla qarşılıqlı əlaqəniz, yaranmış suallara cavablar, kurs təlimatlarını yerinə yetirmək üçün verilən məsləhət və tələbləri özündə birləşdirən məlumatlar ) saxlanılır.

İştirakçının ödəniş məlumatları: Bir kursu satın almaq istədiyiniz təqdirdə vermiş olduğunuz sifarişi həyata keçirmək üçün satın alma ilə bağlı bəzi şəxsi məlumatlarınız daxil edilməlidir. Saytımız üzərindən ödəniş edərkən kart məlumatlarınız tərəfimizdən heç bir halda saxlanılmır.

Çəkilişlər, anketlər ( Sizi anket sorğuları vasitəsilə öz rəyinizi bildirməyə, çəkilişlərə qatılmağa dəvət edə bilərik. Qatılmağınız üçün daxil etdiyiniz şəxsi məlumatlarınızı: ad, soyadı, e-mail adresi, doğum tarixiniz, əlaqə telefonunuz sistemə daxil edilir və saxlanılır. Qeydiyyata alınan iştirakçı məlumatlarını qalibləri xəbərdar etmək və hədiyyələri aidiyyatı üzrə çatdırmaq və ya anketi şəxslərə görə yönləndirmək üçün istifadə olunur.

Əlaqə və dəstək ( Dəstək almaq və ya hər hansı problem yarandıqda bizimlə əlaqəyə keçmək istədiyiniz təqdirdə daxil etdiyiniz məlumatlar: mesajlar, adınız, e-mail adresiniz və həm sizin, həm də bizim avtomatik olaraq təqdim etdiyimiz məlumatlar qorunub saxlanılır.

Paketlər

Qiymətlər, şərtlər və xidmətlər şirkət tərəfindən təmin edilən paketlərin içərisində müəyyən edilir.

Kurslarımız üçün mütəmadi olaraq, kampaniyalar və endirimlər edirik. Kurs üçün tətbiq olunan qiymət sizin kursu aldığınız zaman ödədiyiniz qiymət olacaq. Hesabınıza daxil olarkən müəyyən bir kurs üçün təklif olunan hər hansı bir qiymət qeydiyyatdan keçməyən və ya hesabına daxil olmayan istifadəçilərə mövcud olan qiymətdən fərqli ola bilər, çünki bizim bəzi kampaniyalarımız yalnız yeni istifadəçilər üçün mövcuddur.

Hüquqlarımız

Biz Safavy.org platformasına, veb səhifəyə, xidmətlərə, indiki və gələcək tətbiqetmələrə, işçilərimiz tərəfindən daxil edilən məzmunlara sahibik. Siz bunları saxtalaşdıra və icazəsiz istifadə edə bilməzsiniz. İndiki və gələcək tətbiqetmələrimiz, veb səhifəmiz, işçilərimiz və tərəftaşlarımızın xidmətlərimiz vasitəsilə təqdim və təmin edilən məlumatlar müstəsna olaraq mülkiyyətimizdir və belə də qalacaq. Platformamız və xidmətlərimiz hüquq qanunları çərçivəsində həm Azərbaycan Respublikası, həm də beynəlxalq qanunlar daxilində qorunur. Heç bir şəkildə platformamıza daxil edilən məzmunların, adların, nişanların digər bir şəxsin adından təqdim olunmasına və yayınlanmasına icazə verilmir. Xidmətlərimizə daxil edilən rəy, irad və təkliflər könüllü formada bildirilə bilər və uyğun gördüyümüz rəy, təklif və iradlardan istifadə edə bilərik.

İcbari müqavilə

Xidmətlərimizdən istifadə etmək üçün qeydiyyatdan keçdiyiniz andan etibarən hüquqi icbari müqavilə bağlamağa razılıq verirsiniz. Şərtlər sizə uyğun deyilsə, qeydiyyatdan keçməyin və xidmətlərdən istifadə etməyin.

Şərtlər eyni zamanda başqa dillərə də tərcümə edilmiş və nüsxəsi saxlanılmaqdadır. Şərtləri oxuduğunuz təqdirdə ziddiyyət yaranarsa, Azərbaycan dilində yerləşdirilmiş nüsxəyə üstünlük veriləcəkdir.

Şərtlərin hər hansı bir hissəsi müvafiq qanunla etibarsız hesab edildikdə, başqa orijinal etibarlı müddəaya əsaslanır.

Saxlama və təhlükəsizlik

Platformaya daxil edilən şəxsi məlumatlar öz serverlərimizdə qorunub saxlanılır. Hər bir üzv öz fərdi məlumatları daxil olmaqla məlumatları öz serverlərində və üzvlərin xidmət göstərmək üçün işə götürdüyü şirkətin serverində saxlanılır.Saytımız üzərindən ödəniş edərkən kart məlumatlarınız tərəfimizdən heç bir halda saxlanılmır. Hər bir üzvün şəxsi məlumatları "Gizlilik sözləşməsi"ndə nəzərdə tutulan qayda və qanunlara əsasən nizamlanır və saxlanılır.