Safavy Yardım Mərkəzi

Tez-tez verilən suallar

Kursu bitirdikdə sertifikat almaq olurmu? Sertifikat üçün ödəniş tələb olunurmu?

Siz safavy.org platformasında istənilən kursu bitirdikdə elektron qaydada sertifikat alırsınız. Sertifikat üçün əlavə ödəniş tələb edilmir.

Mən safavy.org platformasında bir ixtisası öyrənməyi çox istəyirəm. Lakin, bunun üçün maddi vəsaitim çatmır.Kömək edə bilərsinizmi?

Platformada bütün kurslar yalnız 18 yaşına qədər şəhid ailələrinin övladları və kimsəsiz uşaqlar üçün ödənişsizdir. Bu kateqoriyaya aid olan şəxssinizsə, müvafiq sənədin şəklini yardım@safavy.org ünvanına göndərməyiniz xahiş edilir. Əgər bu kateqoriyaya aid deyilsinizsə,‘‘Sizə niyə yardım edək?’’ mövzusunda əsaslandırdığınız motivasiya məktubunu ‘‘digər’’ başlığı ilə yardım@safavy.org ünvanına göndərə bilərsiniz.

Videolar açılmır,kömək lazımdır.

Zəhmət olmasa, kömək bölməsində qarşılaşdığınız problemi dəqiqliklə bildirin. 24 saat ərzində yardım ediləcəkdir.

Müəlliflə kontakt alınmır

Zəhmət olmasa, müəllifin adını və kursunu kömək bölməsində bildirərdiniz. 24 saat ərzində həll etməyə çalışacağıq.

Kursu bəyənmədim,ödəniş qayıdırmı?

Kurs haqqında qərar vermək üçün ikinci bölmənin sonuna qədər izləyə və qərarınızı verə bilərsiniz.Əgər izləmə ikinci bölməni keçmişdirsə,ödəniş geri qaytarılmır. Bu bənd müqavilə şərtlərində qeyd edilmişdir.İstifadəçi müqavilə şərtləri ilə tanış olaraq ödəniş edir.

Safavy.org universitet kimi tanınırmı? Sertifikatlarınız beynəlxalq olaraq tanınırmı?

safavy.org rəqəmsal platformadır.Qeyri-ənənəvi təhsil üsuludur. Rəsmi təhsil müəssisəsi qeydiyyatı yoxdur.

Aldığım kursu nə qədər müddətə bitirməliyəm?

Siz aldığınız ixtisası və ya kursu ürəyiniz istədiyi müddətdə bitirə bilərsiniz.Hər hansı bir məhdudiyyət yoxdur.

Ödəmə zamanı problem yarandı.Nə etməliyəm?

Zəhmət olmasa, problemin detalları ilə bağlı "Kömək" bölməsinə yazın. 24 saat ərzində həll etməyə çalışacağıq.

Müraciətinizi qeyd edin